Qonaq otağında divan necə  yerləşdirilməlidir?
01 mart 2024 17:09 (UTC +04:00)

Qonaq otağında divan necə yerləşdirilməlidir?

Divan qonaq otağında əvəzolunmaz mebel növlərindən biridir. Bir çoxları ənənəvi olaraq divanı televizorun qarşısında yerləşdirirlər. Əvvəllər bunun daha əlverişli yer seçimi olduğu düşünülürdü. 

Lent.az xəbər verir ki, artıq bu fikir artıq doğru deyil. Çünki televizora baxmaq getdikcə öz aktuallığını itirir.

Məsələn, otaq genişdirsə, o zaman divanı mərkəzə yerləşdirə bilərsiniz. Bu vəziyyətdə mebel əla bir vurğu olacaq və məkanı zonalamağa kömək edəcək.

Divanın pəncərənin qarşısına qoyulması da caizdir. Bu halda nəzərə almaq lazımdır ki, mebel təkcə pərdələrlə deyil, həm də pəncərə silləsinin hündürlüyü ilə uyğun olmalıdır.

Otaqda az yer varsa, o zaman divanı küncə qoymaq məsləhətdir. Bu otağa əlavə hava qatacaq. 

Ən asan seçim isə divanı divar boyunca yerləşdirməkdir. Amma bu olduqca darıxdırıcı görünür. Bu vəziyyətdə, dekoru bir kiçik masa və ya kreslo ilə uyğunlaşdırmaq olar.

# 6399
avatar

Sevinc Fərid

Oxşar yazılar