Pəncərələri yumaq heç vaxt xoş bir iş olmasa da, bu məhlulu hazırlasanız, bu işi xeyli asanlaşdıra bilərsiniz. Təmiz yuyulmuş pəncərələr evin daha işıqlı və səliqəli görünməsinə kömək edir, lakin təəssüf ki, onları ideal formada saxlamaq çətin olur. Barmaq izləri, ləkələr və çirk çox tez-tez görünür və sanki nə qədər təmizləsəniz də, tezliklə yenidən bulanıq olur.
Lent.az bu 2-i vasitəni təqdim edir:
Pəncərələri ideal təmizləmək üçün məhlul
Bir qaba dörd stəkan su tökün. Üzərinə iki stəkan ağ sirkə əlavə edin. Dörddəbir stəkan qab yumaq üçün maye sabun əlavə edin və ehtiyatla qarışdırın. Əgər istəyirsinizsə, bir neçə damcı nanə yağı əlavə edə bilərsiniz – bu qarışığa xoş bir qoxu verəcək və eyni zamanda böcəkləri uzaqlaşdıracaq. Lakin ev heyvanınız varsa, bu addımı atlayın, çünki efir yağları onlar üçün zərərli ola bilər.
İstifadə qaydası
Hazırladığınız məhlulu sprey qabına tökün və bol miqdarda pəncərələrə sıxın. Sonra mikrofiber parça və ya fırça ilə pəncərələri silin.