Mütəxəssislər paltaryuyan maşından pis qoxunun gəlməsinin səbəbini açıqlayıblar.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, xoşagəlməz qoxu təkcə məhsullardan deyil, həm də paltaryuyan maşının tamburundan da gələ bilər.
Əgər pis qoxu paltaryuyan maşının tamburundan gəlirsə, o zaman problem durğun sudur. Yığılmış maye səbəbindən cihazın içərisində təhlükəli mikroorqanizmlər və kif əmələ gəlir.
Belə bir vəziyyətdə paltaryuyan maşını boş şəkildə durulama rejiminə qoymaq lazımdır.
Prosedur zamanı antiseptik məhluldan istifadə etmək lazımdır. Bu məhlul cihazın daxili səthini təhlükəli mikroorqanizmlərdən təmizləyəcək və eyni zamanda xoş bir qoxu yayacaq.