Duz yalnız yeməyin dadını dəyişən bir ədviyyat deyil. Həm də çoxfunksiyalı məişət məhsuludur.
Lent.az xəbər verir ki, duzdan camaşır yuyucu vasitəsi kimi də istifadə oluna bilər. Bildirilir ki, paltar yuyarkən paltaryuyan maşına duz atmaq məsləhətdir. Bunun səbəbi nədir?
Belə ki, birincisi, duz paltarlarımızda çox olan bakteriya və mikroblarla mübarizədə təsirli vasitədir.
İkincisi, o, həm də suyun sərtliyini minimuma endirməyə kömək edir. Bu şübhəsiz ki, yuyulmuş camaşırların keyfiyyətinə təsir edəcək. Yəni geyimlər nəzərəçarpacaq dərəcədə yumşaq olacaq.
Üçüncüsü, duzla yuyulan paltarlar rəngini daha uzun saxlayır.
Dördüncüsü, yuyulma zamanı duzun istifadəsi sayəsində paltaryuyan maşının xarab olma riskinin azaldığı bildirilir.
Bununla belə, bir qaydanı yadda saxlamalısınız. Belə ki, duzun paltarınıza çökməməsi üçün yuyulma prosesi bitdikdən sonra mütləq paltaryuyan maşında yaxalama rejimini yandırmalısınız.