Paltarın rəngi zamanla öz parlaqlığını və keyfiyyətini itirə bilər. Bəziləri bunu boyanın keyfiyyəti və əşyanın özü ilə əlaqələndirirlər. Ancaq buna səbəb başqa şeydir.
Lent.az xəbər verir ki, paltar səhv yuyularsa, möhtəşəm görünüşünü itirər. Bunun üçün 3 əsas yuma qaydasına diqqət edilməlidir.
Çeşidləmə
Bu sadə qayda paltarınızın rəngini qorumağa kömək edəcək. Sadəcə əvvəldən hər şeyi düzgün şəkildə çeşidləyin. Eyni rəngli geyimləri ayırın. Daha sonra yuyun.
Temperatur və yük
Çox isti su rəngli paltarlar üçün pis seçim ola bilər. Ona görə də aşağı temperatur seçməlisiniz. Tam yükü də təşkil etməməlisiniz. Bu, yuyulmanın keyfiyyətinə yaxşı təsir göstərmir.
Yuyucu vasitə
Ləkə təmizləyicisinə ehtiyacınız varsa, klassik variantları seçməyin. Rəngli əşyalar üçün nəzərdə tutulmuşları seçməlisiniz. Yuyucu vasitənin də xüsusi işarəsi olmalıdır. Bu üç sadə qaydaya əməl etsəniz, paltarınızın rəngi həmişə mükəmməl olacaq.