Yataq otağınızın qəşəng görünməsi üçün ailə büdcəsini kəsməyə ehtiyac yoxdur. Hər şey az pulla da öz həllini tapa bilər.
Lent.az xarici mediaya istinadən bununla bağlı bir neçə məsləhəti təqdim edir:
Yataq başlığı
Onu parça ilə örtə və ya mövcud döşəməni əvəz edə bilərsiniz. Başlıq yoxdusa, başqa vasitə tapmaq lazımdır.
Kölgəlik
Fikir qeyri-real görünə bilər, ancaq çarpayının üzərindəki pərdə yuxu sahəsini və bütövlükdə otağın görünüşünü dəyişdirir.
Əsas odur ki, düzgün parça, naxış, rəng seçməkdir.
Lampalar
Bəlkə də həll “vintage”görüntülü bir çilçıraqda, divar apliklərində və ya yataq lampalarındadır.
Tekstil
Pərdələr tavandan döşəməyə qədər olmalıdır. Pərdələr və digər analoqlar yüksək keyfiyyətli parça kimi interyerə dəbdəbə əlavə edə bilməyəcəklər. Ədyal, xalça və digər detallar haqqında unutmayın.
Yataq çarşafları
Bu, ən vacib məqamdır. Yalnız iki seçim var: ya mükəmməl ağ kətan (kiçik bir otaq üçün uyğundur) və ya qara kətan.
Bildirilir ki, bu yolla siz yataq otağının interyerini atmosferi həmişə xüsusilə rahat görünən bahalı otel otağının interyerinə oxşada bilərsiniz.