Necə edək ki, yeni il hazırlıqları məyusluq gətirməsin? – CAVAB
15 dekabr 2023 12:12 (UTC +04:00)

Necə edək ki, yeni il hazırlıqları məyusluq gətirməsin? – CAVAB

Yeni ildən əvvəl hər şeyi etmək üçün hədiyyələrə əvvəlcədən diqqət yetirmək məsləhətdir və ən yaxşı yol hədiyyə alacağın insandan soruşmaqdır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə psixoterapevt Vladimir Şkurko danışıb.

"Hazırlıqları bir neçə gün əvvəldən ailə fərdləri arasında bölüşdürün, kimin bişirəcəyini, otağı bəzəyəcək, atəşfəşanlığa kimin cavabdeh olacağını düşünün. Sabit plan ən effektiv hesab olunur. Bu, bir növ xatırlatma rolunu oynayacaq, heç nəyi unutmamaq üçün vacibdir”, - ekspert bildirib.

Nəhayət, Yeni ili istədiyiniz yerdə qeyd edin.

“Əgər nədənsə bayramı harada qeyd edəcəyinizi tapmamısınızsa, onu bədahətən qeyd etməyə çalışın. Siz kortəbii bir səyahətə çıxa və ya yumşaq yorğan altında zəngləri qarşılaya bilərsiniz. İnsan öz ətrafında Yeni il təlaşını yaradır. Tətildən yüksək gözləntilər bəzən xeyli məyusluq gətirə bilər. Və bu bayramı parlaq və şən qeyd etməyə hazır olmaq daxili rahatlıq və bir az sehr verir. Bir çox insanlar salat doğramağa və mənzilin ümumi təmizliyinə çoxlu saatlar sərf edərək özlərini bilmədən yorğunluq vəziyyətinə gətirirlər. Özünüzə tətilə icazə verin, hər şeyi mükəmməl etməyə çalışmayın”, - deyə psixiatr yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3906
avatar

Fidan İlqar

Oxşar yazılar