Mətbəxdəki  yemək qoxularından   necə qurtulmaq olar?
10 may 2023 09:57 (UTC +04:00)

Mətbəxdəki yemək qoxularından necə qurtulmaq olar?

Yemək bişirərkən qoxunun hər tərəfə yayılmasının qarşısını almağın müxtəlif yolları var. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, otağın havalandırılması xoşagəlməz qoxularla mübarizə aparmağın ən asan və təsirli üsuludur. Sprey və ya hava təravətləndirici evdəki xoşagəlməz qoxunu boğmağa kömək edəcək.

Əgər yemək qoxusuna qərq olsanız, ən təsirli yol duş qəbul etmək və paltarınızı yenisi ilə dəyişməkdir. Yemək hazırlayarkən önlükdən də istifadə edin. Yemək qoxusunun saçınıza keçməməsi üçün hamam papağı və ya aşpaz papağı taxa bilərsiniz.

Saçdan qoxunu tez aradan qaldırmaq üçün ətirli quru şampundan istifadə etmək olar.

Bu qaydalara riayət etməklə siz evdə və paltarda olan xoşagəlməz qoxulardan xilas olmaqla yanaşı, həm də onun yaranmasının qarşısını ala bilərsiniz.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2175
avatar

Arzu Qurbanlı

Oxşar yazılar