Bir çox insan öz mənzilini həm modern, həm də rahat görünməsini istəyir. Bəzən belə bir effekt əldə etmək çətindir.
Fakt budur ki, dəbli mənzillər təsir edici görünür. Bəs, evi daha da modern göstərmək üçün nə etmək lazımdır?
Lent.az bununla bağlı bir neçə kiçik məsləhəti sizinlə bölüşür.
Şəkillər
Ailə şəkillərini interyerə uyğun yerləşdirsəniz, mənzil dərhal daha şəxsi və fərdi olacaq. Bunun üçün divarın bir hissəsini seçə bilərsiniz və ya sadəcə fotoları yaşayış sahəsi boyunca bərabər şəkildə paylaya bilərsiniz. Lakonik çərçivələri seçmək daha məsləhətlidir. Çünki əsas vurğu şəkillərdə olmalıdır.
Bitkilər
Saxsı qablardakı çiçəklərin daha cəlbedici olduğunu bilirsiniz. Buna görə onlar üçün xüsusi bir yer yaratmaq vacibdir. Xüsusi kompozisiyalar yarada və ya hətta kompleks fitovall təşkil edə bilərsiniz. Hər halda, bitkilərin alınması əsaslandırılmış qərar olacaq.
Qoxu
Mənzillərdə bəzən xoşagəlməz qoxular yaranır. Buna görə daim otaqların havasını dəyişmək lazımdır. Evi müxtəlif ətirlərlə də əhatə edə bilərsiniz. Bunlar qəhvə, sitrus, vanil, peçenye, zəncəfil, darçın, lavanda, qurudulmuş çiçəklərin qoxuları ola bilər.