Küp evlər sosial medianı çalxaladı – Bu haradır?
28 mart 2024 18:14 (UTC +04:00)

Küp evlər sosial medianı çalxaladı – Bu haradır?

Sosial mediada küp formasında evlərdən ibarət kiçik bir kənd insanlarda böyük maraq oyandırıb.

Lent.az-ın xəbərinə görə, öncə bu evlərin Türkiyənin Yozqat vilayətində olduğu deyilsə də, əslində küp evlər Gürcüstanda yerləşir.

Görüntülər Gürcüstanın Telavi şəhərində yerləşən Qveyrebi otelinə aididir. Otelin dekorasiyasında Gürcüstanın simvoluna çevrilmiş şərab küplərinin formasından istifadə olunub.

Otel 2023-cü ildə açılıb. Küplərdən əlavə normal otel otaqları da var. Küplərdə qalanlar sosial şəbəkələrdə küp otaqların qaranlıq və boğucu olmasından gileyləniblər.


 

# 9510
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar