Kiçik yataq otağını   necə rahat formaya salmaq olar?
15 may 2024 15:28 (UTC +04:00)

Kiçik yataq otağını necə rahat formaya salmaq olar?

Kiçik bir otağı rahat hala salmaq göründüyü qədər çətin deyil. Ancaq burda diqqətli olunacaq bəzi məqamlar var. 

Lent.az həmin məqamları təqdim edir: 

Saxlama hissələri olan yataq seçimi 

Kiçik yataq otağında az sahə olduğu üçün çox az mebel yerləşdirmək lazımdır. Buna görə də çalışıb əlavə saxlama hissələri olan yataq seçmək məsləhətdir.

Bu cür modellər olduqca tez-tez tapılır. Buna görə də onlara diqqət yetirməyə dəyər. Əlavə əşyalarınızı həmin hissələrə yerləşdirməklə otaqda səliqə yarada bilərsiniz. 

Minimal mebel

Yuxarıda qeyd edildiyi kimi, yataq otağında lazımsız mebel parçaları yerləşdirməməlisiniz. Məsələn, otaqda siyirtməli kiçik şkaflardan imtina etməyiniz tövsiyə edilir. Bütün divarı tavana qədər əhatə edən yalnız bir böyük şkaf yerləşdirmək daha yaxşıdır. 

Gözəl rəng

Kiçik otaqları açıq rənglərlə bəzəmək onların daha geniş görünməsinə şərait yaradır. Bu, məkanı daha geniş etməyə imkan verir. Bununla belə, əsas məqsəd özünüzü rahat hiss etməkdir. Buna görə də, yataq otağınızı bəzəmək üçün sizi sakitləşdirən açıq tonlu rənglərdən istifadə etməkdən çəkinməyin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6051
avatar

Sevinc Fərid

Oxşar yazılar