Evlərdə yayda hörümçəklərin olmasından çox vaxt narahat oluruq. Amma əslində qış aylarında da onlar mənzilimizin istənilməyən qonaqları ola bilirlər. Qadınlar təkcə onlardan qorxduqları üçün deyil, həm də hörümçək torlarının bolluğunu sevmirlər. Bəs, onlardan necə xilas olmaq olar?
Lent.az mənzillərdən hörümçəklərdən xilas olmağın sadə yolunu təqdim edir:
Belə ki, hörümçəklər kəskin qoxuları sevmirlər və buna görə də mənzillərdə efir yağından istifadə etmək məqsədəuyğundur. Bunun üçün hörümçək torlarının yığıldığı yerləri yağlamaq kifayətdir.
Sitrus, nanə, çay ağacı, lavanda, qızılgül və ya darçın əsasında efir yağlarından istifadə etmək daha yaxşıdır.
Siz həmçinin bir sprey şüşəsinə su töküb 20 damcıya qədər ona efir yağı əlavə edin. Mayeni mənzilin pəncərə eşiklərinə və künclərinə püskürtün.