Hamam vannasını  parıldayana qədər   necə təmizləmək olar?
26 dekabr 2023 15:22 (UTC +04:00)

Hamam vannasını parıldayana qədər necə təmizləmək olar?

Hamam evlərin əsas otaqlarından biridir. Həmçinin, gigiyenik tərəfdən də təmiz saxlanılması lazım mənzil sahəsidir. Bunun üçün hamamı daim diqqətdə saxlamaq lazımdır. Məsələn, hamamın əsas əşyası olan vanna çox tez-tez çirklənir. Ona lazımi diqqət yetirilməsə, çox keçmədən orada sarımtıl ləkələr əmələ gələcək. 

Lent.az xarici mediaya istinadən hamamı parlayana qədər təmizləməyin yollarını təqdim edir: 

1. İsti suyu açın və vannanın səthini isladın. Bir təmizlik məhlulu yaratmaq üçün soda ilə suyu qarışdırın. Qarışığı vannaya töküb yayın və 20 dəqiqə gözləyin.

2. Pas ləkələrinə limon suyu tökün və üzərinə də duz səpin. Sonra ləkələri bir dəsmal və ya süngərlə yuyun. 

Sirkə və suyu yaxşıca qarışdırın və vannanın çirkli hissəsinə tökün. Bir gecə gözləyin. Sabahı gördüyünüz nəticədən çox razı qalacaqsınız.  
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 22989
avatar

Sevinc Fərid

Oxşar yazılar