Bəzi insanlar hər şeyi təmiz və səliqəli saxlamağa çalışırlar. Lakin evdə xoşagəlməz qoxu olur.
Bəs, bunun qarşısını necə almaq olar?
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, təbii inqrediyentlərdən öz yüksək keyfiyyətli ətirinizi hazırlamaqla asanlıqla pula qənaət edə bilərsiniz.
Bizə yalnız üç inqrediyent lazımdır: düyü, istənilən efir yağları və nəm salfet.
Bir salfet götürün və düzəldin. Ən ucuz düyüdən bir neçə qaşıq əlavə edin. Sonra efir yağlarını seçirik. Ümumilikdə on damcı efir yağı istifadə edilir. 2-3 qoxuya malik efir yağlarını birləşdirə bilərsiniz. Efir yağları salfetdəki düyünün üzərinə əlavə edilir.
Sonra salfeti bükürük və hər hansı bir ipdən istifadə edərək bağlayırıq.
Bunu evin müxtəlif yerlərinə yerləşdirmək olar. Artıq bir neçə saatdan sonra evdəki xoşagəlməz qoxu probleminin getdiyini hiss edəcəksiniz.