Evdə ideal temperatur  neçə olmalıdır?
14 sentyabr 2023 12:28 (UTC +04:00)

Evdə ideal temperatur neçə olmalıdır?

“Evdə temperatur +20-22°C olmalıdır - bu, bütün yaşayış binaları üçün eyni standartdır”.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə dermatoveneroloq, ekspert Roman İvanov məlumat verib.

Onun sözlərinə görə, yataq otağında temperatur bir qədər aşağı ola bilər - +18-20°C:

“Belə şəraitdə yuxu daha güclü və sağlam olacaq. Qonaq otağı və uşaq otağı daha isti olmalıdır - +22 ° C-ə qədər. Mətbəxdə +17-18°C temperatur saxlamaq daha faydalıdır. Çünki bişirmə zamanı kifayət qədər böyük miqdarda istilik əmələ gəlir. Bu da otağı çox qızdıra bilər”.

Ancaq hamamda istilik +24-26 ° C olmalıdır. Bu otaqda yüksək rütubət demək olar ki, həmişə qalır və temperatur çox aşağı olarsa, xəstəliklərə səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6516
avatar

Oxşar yazılar