Evdə hər kəsin 5 dəsmalı olmalıdır - DİQQƏT EDİN
30 yanvar 2024 17:47 (UTC +04:00)

Evdə hər kəsin 5 dəsmalı olmalıdır - DİQQƏT EDİN

Dəsmal fərdi bir şeydir, evdəki hər kəsin özünə məxsus olması lazımdır. Hər bir insana ən azı beş dəsmal lazım olduğunu xatırlamaq vacibdir. Onların hər birinin öz istifadəsi olmalıdır: ayaqlar, əllər, bədən, üz və intim gigiyena üçün.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, dəsmalları vaxtaşırı yumaq lazımdır.

Bununla belə, onlar daim bakteriyaların sürətlə çoxaldığı rütubətli bir mühitdə olurlar.

Üz dəsmalının hər iki-üç gündə təzəsi ilə dəyişdirilməsi məsləhətdir, əks halda dəri problemlərinin başlaması riski var.

İntim gigiyena üçün dəsmal gündəlik dəyişdirmək daha yaxşıdır.

Ayaq üçün istifadə olunan tekstil məhsulları 5-7 gündə bir dəfə yuyulmalıdır.

Bədən üçün dəsmallardan danışırıqsa, o zaman onları hər 3 gündən bir dəyişdirmək məsləhətdir, saç üçün istifadə olunanları isə həftədə bir dəfə yumaq olar.

Dəsmallar vaxtaşırı yenilənməlidir. Bununla belə, zaman keçdikcə onlar nəmi daha az qəbul edir, daha sərt olur və dəridə qıcıqlanma yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8016
avatar

Fidan İlqar

Oxşar yazılar