Təcrübəli evdar qadınlar bilirlər ki, sirkə və duz yalnız yeməkdə istifadə edilmir.
Lent.az bəzi qadınların duz və sirkə ilə olan gizli hiyləsini təqdim edir:
Belə ki, bu iki maddəni qarışdırmaqla siz mənzilinizdəki havanı təmizləyə və xoşagəlməz qoxuları aradan qaldıra bilərsiniz. Bu iki inqrediyentdən istifadə edərək evdə hava təravətləndiricisi hazırlamaq çətin deyil.
Bir stəkan götürün. Ona 2 qaşıq yarım duz tökün, bir qaşıq sirkə əlavə edin və ağzına qədər su ilə doldurun.
Sonra sadəcə ortaya çıxan qarışığı saxlayın. Bir neçə saatdan sonra otaqdakı hava əhəmiyyətli dərəcədə təzə və təravətli olacaq.