Duz və limon suyu  – Sürücülər bununla nə edə bilər?
11 iyun 2024 13:10 (UTC +04:00)

Duz və limon suyu – Sürücülər bununla nə edə bilər?

Limon suyu və duz bir çox ləkələri mükəmməl şəkildə çıxarır. 

Lent.az xəbər verir ki, bu birləşmədən avtomobil sahibləri də istifadə edə bilər. 

Məlumata görə, duz və limon suyu avtomobildəki parça üzlüyündə görünən kirləri də təmizləyə bilər.

Bəs, duz və limon suyunu necə istifadə etmək olar? 

Bir vedrə götürün, içinə limon suyunu sıxın və bu mayeyə bir az natrium xlorid əlavə edin. Sonda maye ilə avtomobilin salonundakı parça örtüklərinin çirklənmiş sahələrini sürtün. 

Təmiz bir parça ilə, sonra isə nəm süngər ilə bu səthlərin üzərini silin. Prosedurun sonunda ləkələrin tam çıxarılmasının şahidi olacaqsınız. Bahalı və təhlükəli kimyəvi maddələrdən istifadə etməyə ehtiyac olmayacaq. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3432
avatar

Sevinc Fərid

Oxşar yazılar