Daha gözəl mətbəx üçün... –  XANIMLARA MƏSLƏHƏT
24 iyun 2021 18:54 (UTC +04:00)

Daha gözəl mətbəx üçün... – XANIMLARA MƏSLƏHƏT

Mətbəxin gözəl görünməsi və təmizliyi hər zaman arzuolunandır.

Lent.az xanımlara mətbəxlərinin səliqəli olması üçün bəzi məsləhətləri təqdim edir: 

Yeməkləri açıq havada saxlamayın

Yemək və tərəvəzləri açıq havada saxlayanda mətbəxinizdə xoşagəlməz qoxu gələcək. Bu halda özünüz haqqında səliqəsiniz xanım fikririni yaradacaqsınız. 

Mətbəxin pəncərəsində pərdə olmalıdır

Mətbəxin pəncərəsindən pərdə mütləq asılmalıdır. Çox vaxt mətbəxə uzun yox, qısa və mebel dəstinə uyğun pərdə seçməyiniz məsləhət görülür.  

Dibçək 

Pəncərənizin önünə dibçəkdə gül və gündəlik istifadə etdiyiniz bitkiləri yerləşdirə bilərsiniz. Bununla da mətbəxinizin interyerində fərqli görünüş yaradacaqsınız. 

Fərqli ədviyyat qabları 

Ədviyyatları saxlamağın ən yaxşı üsulu kiçik, stolüstü qablardı. Fərqli dizaynda və zövqlə seçilmiş qablar mətbəxinizin gözəl görünməsinə səbəb olacaq kiçik detaldır. 

Qab şampunu 

Qab şampununu açıq halda mətbəxdə saxlamaq artıq qəbul olunmur. Müxtəlif formada dizayn edilən kiçik qablardan istifadə mətbəxinizə əlavə rəng qatacaq. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3417
avatar

Nigar Adil

Oxşar yazılar