Güzgülər təkcə zövqlü dekor elementi deyil, həm də məkanı vizual olaraq genişləndirmək və otaqda işıqlandırmanı yaxşılaşdırmaq üçün əla vasitədir. Lakin bəzi yerlər var ki, orada güzgü asmaq tövsiyə olunmur, çünki bu, evin atmosferinə və insanın ruh halına mənfi təsir göstərə bilir.
Lent.az xarici mediaya istinadən güzgü asmaq məsləhət görülməyən altı əsas məkanı və bunun səbəblərini barədə məlumat verir.
Qapı və pəncərələrin qarşısında olmasın
Güzgünü birbaşa giriş qapısının və ya böyük pəncərələrin qarşısında asmaq olmaz. Fensuy fəlsəfəsinə görə, beləyerləşdirilmiş güzgülər evdən müsbət enerjini qaçırır. Bu da rifah və uğurun evdən uzaqlaşmasına səbəb ola bilər.
Ən yaxşısı güzgünü qapının yan tərəfində və ya birbaşa qapını əks etdirməyəcək yerdə yerləşdirməkdir. Eyni zamanda, parlaq günəş işığını əks etdirəcək yerlərdən də çəkinmək lazımdırş Bu, gözlər üçün narahatlıq yarada bilər.
Mətbəxdə plitənin yaxınlığında olmasın
Mətbəxdə güzgü şık görünə bilər, amma plitənin yaxınlığında və ya qarşısında asmaq tövsiyə olunmur. İnanclara görə, belə güzgü ev sahibəsinin enerjisini sorur, onu tez yorur və enerjisini azaldır.
Ən uyğun yer ailə üzvlərinin bir araya gəldiyi yemək masasına qarşı tərəf hesab olunur. Bu, harmoniyanı və bolluq hissini artırır.
Yataq otağında olmasın
Ezoterik inanca görə, güzgülər “dünyalararası portal” kimi qəbul edilir və yataq otağında güzgü yerləşdirmək narahat yuxulara və münasibətlərdə pozğunluğa səbəb ola bilər. Xüsusilə insanın yuxuda olduğu zaman güzgüdə əks olunması arzuolunmaz sayılır. Yeni evli cütlüklər üçün bu, münasibətlərə mənfi təsir göstərə bilər. Üstəlik, yataq üstündə böyük güzgü təhlükəli ola bilər. O aşarsa, ciddi zədə verə bilər.
Əgər yataq otağında güzgü olacaqsa, orada yatan insanın əksi görünməməlidir.
Baca üstündə və ya çox hündür divarlarda olmasın
Güzgünü baca üstündə və ya tavana çox yaxın bir yerdə asmaq düzgün deyil. Belə güzgü əsasən tavanı əks etdirir, bu isə nə dekorativ, nə də funksional baxımdan məqbul hesab olunur.
Ən yaxşı yer insan göz səviyyəsində və ya bir qədər yuxarıda olmalıdır. Bu, məkanı həm işıqlı, həm də geniş göstərməyə kömək edir.
Dağınıqlığın qarşısında olmasın
Güzgünü paltaryuyan maşının, kirli paltar səbətinin və ya digər qarışıqlıq olan yerlərin qarşısında yerləşdirmək olmaz. Güzgü həmin qarışıqlığı ikiqat artırır və evdə xaos hissini gücləndirir.
Güzgünün əks etdirdiyi sahədə həmişə səliqə saxlanılmalıdır. Bu, harmoniya və sakitlik yaratmaq üçün vacibdir.
Tavanda və təhlükəli yerlərdə olmasın
Tavana güzgü yerləşdirmək təhlükəlidir və psixoloji narahatlıq yarada bilər. Bu bəzən başgicəllənmə və narahatlıq hissi ilə nəticələnir.
Bundan əlavə, güzgülər ağır əşyalardır və yıxılarsa, ciddi xəsarət yetirə bilər. Ona görə də baş üzərində və ya təhlükəli yerlərdə güzgü quraşdırmaqdan çəkinmək lazımdır.