Yolka bəzəyi ev heyvanları üçün təhlükə yaradır.
Lent.az xəbər verir ki, bunu Gazeta.Ru ilə söhbətində baytar Konstantin Eremeyev xatırladıb.
Həkim bildirib ki, oynayarkən pişiklər təsadüfən bəzək əşyalarının bir hissəsini uda bilər, bu da bağırsağın tıxanmasına səbəb ola bilər. Bundan əlavə, uzun lentlər mədə-bağırsaq traktından keçərkən heyvanın orqanlarının daxili divarlarını zədələyə bilər.