Yunanıstanın sonuncu kralı II Konstantin paytaxt Afinada vəfat edib.
Lent.az xəbər verir ki, bu barədə Yunanıstanın İctimai Televiziyası məlumat yayıb.
Koronavirusa yoluxduqdan sonra zəifləyən 82 yaşlı keçmiş monarx Afinadakı evində insult keçirib. 7 gün ağır reanimasiyada olan Konstantini xilas etmək mümkün olmayıb.
6 mart 1964 – 1 iyun 1973-cü illərdə Yunanıstanı idarə etmiş kralın səhhətində ciddi problemlər yaranmışdı.