Türkiyədə yenə 7 bal zəlzələ olacaq  - Məşhur alimdən PROQNOZ
20 yanvar 2025 15:55 (UTC +04:00)

Türkiyədə yenə 7 bal zəlzələ olacaq - Məşhur alimdən PROQNOZ

2023-cü ilin fevralında Türkiyədə zəlzələ olacağını proqnozlaşdıran hollandiyalı tədqiqatçı Frank Huqerbits fevralın sonunda Yaxın Şərqdə güclü zəlzələ proqnozu verib.

Lent.az xarici mediaya istinadla bildirir ki, Huqerbits proqnozunu astronomik müşahidələr əsasında qurur. Belə ki, onun fikrincə, fevralın 24-də Merkuri, Yer və Mars planetləri düzüləcək. Onun nəzəriyyəsinə görə, planetlər arasında cazibə qüvvəsi Yerin daxilində maqma gelgitlərinə səbəb ola bilər ki, bu da seysmik aktivliyə səbəb olacaq.

Xüsusilə Türkiyənin şərqində və İranda Rixter cədvəli üzrə 6-7 bal gücündə zəlzələ riski barədə xəbərdarlıq edir. Bununla belə, Yaxın Şərqin digər regionlarının sakinlərinə də ayıq-sayıq olmaları tövsiyə olunur.

Huqerbitsin SSGEOS (Günəş Sistemi Həndəsə Tədqiqi) institutuna rəhbərlik etməsinə baxmayaraq, onun metodologiyası mübahisəlidir. Əksər alimlər planetlərin hərəkətinin zəlzələlərə təsiri ilə bağlı fərziyyəni rədd edərək, elmi sübutların olmamasına işarə edirlər.

İsrailli ekspertlər vurğulayırlar ki, mümkün zəlzələlərə hazırlıq astronomik fərziyyələrə deyil, sübut edilmiş geoloji məlumatlara əsaslanmalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3267

Oxşar yazılar

Futbol stadionunda izdiham zamanı 11 nəfər öldü

Futbol stadionunda izdiham zamanı 11 nəfər öldü

5 iyun 2025 , 11:52
Tarixin ən isti ili   nə vaxt olacaq?

Tarixin ən isti ili nə vaxt olacaq?

5 iyun 2025 , 06:34
Rusiyalı model narkotik təbliğinə görə  hakim qarşısına çıxarılır

Rusiyalı model narkotik təbliğinə görə hakim qarşısına çıxarılır

5 iyun 2025 , 02:24
Tramp Putinlə danışdı

Tramp Putinlə danışdı

4 iyun 2025 , 21:04
İndi də bir günə 2000 kişi ilə  yatacaq

İndi də bir günə 2000 kişi ilə yatacaq

4 iyun 2025 , 19:59
Bəbir babanın yanında  5 yaşlı uşağı parçaladı

Bəbir babanın yanında 5 yaşlı uşağı parçaladı

4 iyun 2025 , 13:02
Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI

Keçmiş prezidentə 11 il 5 ay HƏBS CƏZASI

3 iyun 2025 , 21:12
Ukrayna Krım körpüsünü  partlatdı -VİDEO

Ukrayna Krım körpüsünü partlatdı -VİDEO

3 iyun 2025 , 15:41