Xüsusi təyinatlılar parlamentin qarşısını etirazçılardan təmizlədi - VİDEO -YENİLƏNİB
30 noyabr 2024 03:06 (UTC +04:00)

Xüsusi təyinatlılar parlamentin qarşısını etirazçılardan təmizlədi - VİDEO-YENİLƏNİB

Xüsusi təyinatlılar Tbilisidə parlamentin qarşısındakı meydanı etirazçılardan tamamilə təmizləyiblər.

Lent.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

***
01:01


Tbilisidə parlament binası yaxınlığında keçirilən aksiya qanundan kənara çıxıb, nümayişçilər infrastruktura ziyan vurur.

Lent.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Məlumata görə, polis vəziyyəti stabilləşdirmək üçün xüsusi vasitələrdən istifadə edib.

Daxili İşlər Nazirliyi vətəndaşları hüquq-mühafizə orqanları əməkdaşlarının göstəriş və tələblərinə tabe olmağa çağırır, əks halda qanuni tədbirlər görüləcək.

 

 

***
23:19

Tbilisidə polis parlament binası qarşısında keçirilən aksiyaya müdaxilə etməyə başlayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, xüsusi təyinatlı polis qüvvələri etirazçılara qarşı su şırnağından istifadə etməyə başlayıb.

Etirazçılar polisin xəbərdarlığına baxmayaraq ərazini tərk etməyiblər.

***
22:44

Tbilisidə parlament binası yaxınlığında hökumət əleyhinə keçirilən aksiyada Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşı yaralanıb.

Lent.az xəbər verir ki, bu barədə qurumun açıqlamasında deyilir.

“Aksiya iştirakçıları işıq dirəklərini və digər avadanlıqlara zərər verib, həmçinin elektrik naqillərini yandırıblar. Polisə naməlum əşyalar atılıb, bir polis yaralanıb”, - məlumatda deyilir.

***
20:07

Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası bərpa edilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, Rustaveli prospektini bağlayan etirazçılar hakim partiya əleyhinə müxtəlif şüarlar səsləndirirlər.

Ərazidə gərginlik hökm sürür.

Qanunverici orqanın ətrafına çox sayda xüsusi təyinatlı polis dəstələri, eləcə də su şırnağı maşınları cəlb edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7651

Oxşar yazılar

Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

Netanyahu sentyabrda hakim qarşısına çıxacaq

21 iyul 2025 , 02:21
Türkiyəyə 200 kilodan çox   kokain keçirilməsi cəhdi-  Diplomat saxlanıldı

Türkiyəyə 200 kilodan çox kokain keçirilməsi cəhdi- Diplomat saxlanıldı

20 iyul 2025 , 18:02
Benyamin Netanyahu, İsrail Baş naziri

Netanyahu qidadan zəhərləndi

20 iyul 2025 , 17:20
Gəmi yanır -  Ölənlər var  -VİDEO

Gəmi yanır - Ölənlər var -VİDEO

20 iyul 2025 , 16:55
Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

Havaya qalxan təyyarənin mühərriki yandı -VİDEO

20 iyul 2025 , 11:47
Qəzzada onlarla insan öldü

Qəzzada onlarla insan öldü

20 iyul 2025 , 09:15
Səudiyyə şahzadəsi 20 il komada  qaldıqdan sonra öldü

Səudiyyə şahzadəsi 20 il komada qaldıqdan sonra öldü

20 iyul 2025 , 07:35
Rusiya Zaporojyeni vurdu

Rusiya Zaporojyeni vurdu

20 iyul 2025 , 04:27