ABŞ-nin Nyu-Qempşir ştatının Konkord şəhərində xəstəxanada atışma baş verib.
Lent.az xəbər verir ki, bu barədə ştat polisi bildirib.
"Polis Konkorddakı Nyu-Hempşir xəstəxanasında baş verən atışma hadisəsini araşdırır", - polisin "X" sosial şəbəkəsindəki paylaşımında qeyd olunur.
Hadisə nəticəsində çoxsaylı insan tələfatının olduğu qeyd edilir. Məlumata görə, ölənlər arasında silahlı insidenti törətməkdə şübhəli bilinən cinayətkar da var.