Azərbaycanlı biznesmen prokurora 50 milyon təklif etdi - RƏDD CAVABI ALDI - YENİLƏNİB
19 may 2016 12:05 (UTC +04:00)

Azərbaycanlı biznesmen prokurora 50 milyon təklif etdi - RƏDD CAVABI ALDI - YENİLƏNİB

0

 

ABŞ-da həbsdə olan Azərbaycan əsilli biznesmen Rza Zərrabın zaminə buraxılması ilə bağlı təklifin ilginc detalları üzə çıxıb. Lent.az sozcu.com.tr-yə istinadən xəbər verir ki, Zərrabın amerikalı vəkili Benjamin Brafman müdafiə etdiyi şəxsin məhkəməyə qədər Nyu-Yorkda elektron qandalla ev həbsinə salınması üçün istintaqı aparan prokurora 50 milyon dollar təklif edib. Xəbərdə bildirilir ki, Zərrab bu məbləğin 10 milyon dollarını nəğd, 40 milyon dollarını isə sənədlərlə ödəyə biləcəyini deyib. Bununla belə, prokurorluq bu təklifi qəbul etməyib və Zərrabı həbsdə saxlayıb. İş adamının zaminə buraxılması ilə bağlı müraciətinə onun işini araşdıran hakim yekun qərar verəcək. 

 

Xəbərdə daha bir ilginc detal ondan ibarətdir ki, Zərrabın vəkili Brafman zaminlik üçün iş adamının müğənni həyat yoldaşı Ebru Gündəşin də adını müraciətə əlavə edib. Belə ki, vəkil həbsdəki biznesmenin həyat yoldaşının Türkiyədə məşhur müğənni olduğunu və onun qaçıb, istintaqdan yayınmasının həyat yoldaşının da karyerasına zərər vuracağını, bu səbəbdən də qaçmaq fikrində olmadığını bəyan edib. Bütün bunlara rəğmən, Zərrabın müraciət rədd edilib. 

 

 

**

05:53

İran əsilli tükiyəli iş adamı Rza Zərrabın vəkili müvəkkilinin ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət edib.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, vəkil bunun üçün federal məhkəməyə 50 milyon dollar girov təklif edib. Vəkil ərizəsində həmçinin qeyd edib ki, Zərrab ev dustaqlığına buraxılacağı təqdirdə məhkəmə işi yekunlaşana qədər Menxettendən kənara çıxmayacaq və qapısında iki təhlükəsizlik əməkdaşı növbə çəkə bilər.

 

Qeyd edək ki, Rza Zərrab ABŞ-ın Menxettin ştatındakı "Metropoliten" həbsxanasında saxlanılır. O İrana qarşı tətbiq olunan sanksiyaları dəlməkdə, bank saxtakarlığına yol verməkdə, kirli pulların yuyulmasında ittiham olunur.

 

Rza Zərrab məşhur türk müğənnisi Ebru Gündeşlə evlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 448

Oxşar yazılar