Zambiyanın paytaxtı Lusaki şəhərində avtobusla yük avtomobilinin toqquşması nəticəsində azından 51 nəfərin həlak olduğu bildirilib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, yerli polisin həlak olanların sayının artacağını istisina etməyib. Əsgərlər və yanğınsöndürənlər axtarış-xilasetmə işləri aparır.
Mənbənin xatırlamasına əsasən, bu Zambiyada baş verən ilk olay deyil. Belə qəzaların baş verməsi səbəbləri kimi avtobuslara normadan artıq sərnişinin mindirilməsi və nəqliyyat vasitələrinin uyğun texniki baxışdan keçməməsi göstərilir.