Dekabrın 13-də Misirin paytaxtı Qahirəyə və başqa şəhərlərinə qar yağıb.
Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, yerli mənbələr bildirib ki, Qahirəyə yüz ildir qarlamır.
Sinay yarımadasına da qar yağıb.
Sosial şəbəkələrdə misirlilər zarafatla yazıb ki, müdafiə naziri, ölkənin faktiki başçısı general Əbd əl-Fəttah əs-Sisi islamçıların etiraz aksiyasının qarşısını almaq üçün qarı cadugərliklə yağdırıb.
Əlverişsiz hava şəraiti ucbatından Misirin Aralıq dənizi sahillərindəki bir sıra limanı bağlanıb.