Yəmən şəhəri “ Əl-Qaidə”-dən azad edildi
25 aprel 2016 06:22 (UTC +04:00)

Yəmən şəhəri “ Əl-Qaidə”-dən azad edildi

Yəmən ordusu Əl-Mukalla şəhərini “Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmasından azad edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Yəmən prezidenti Əbdurabbu Mənsur Hadi bəyan edib.

 

Məlumatlara görə, terrorçulara qarşı hərbi əməliyyatda Birləşmiş Ərəb Əmirlikləri Silahlı Qüvvələri də iştirak edib. Reuters agentliyinin xəbərinə görə, hücumdan əvvəl yerli tayfaların ağsaqqaları silahlıların bir hissəsini şəhəri tərk etməyə razı salıblar.

 

Qeyd edək ki, Hadramaut əyalətinin inzibati mərkəzi olan Əl-Mukalla şəhəri  1 il əvvəl “Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşması tərəfindən ələ keçirilmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 277
avatar

Oxşar yazılar