Yəmənin şərqində Mərib əyalətində naməlum şəxslər neft kəmərini partladıb.
Lent.az-ın «Frans Press»ə istinadən məlumatına görə, dirversiya ilə bağlı məsuliyyəti hələ ki heç bir təşkilat üzərinə götürməyib. Partladılan neft kəməri ölkənin əsas xətti sayılır. Bu kəmərlə hər gün 180 min barrel neft Qırmızı dənizə sahilindəki terminala ötürülür.