Yəməndə iki partlayış: 15 husi üsyançısı öldü
18 dekabr 2014 22:13 (UTC +04:00)

Yəməndə iki partlayış: 15 husi üsyançısı öldü

0

Yəmənin qərbində törədilmiş iki partlayış nəticəsində 15 husi üsyançısı ölüb, daha 10 nəfəri isə yaralanıb. APA-nın “TASS”-a istinadən verdiyi xəbərə görə, iki avtomobil terrorçu-kamikadzelər tərəfindən Husi hərəkatının  Xodeyda liman şəhərindəki mənzil-qərargahının yaxınlığında partladılıb.

 

Partlayışdan dərhal sonra üzərilərində partlayıcı qurğu olan bir neçə terrorçu-kamikadze husilərin mənzil-qərargahına soxulmağa cəhd edib. Lakin, hücum edən şəxslər husilər tərəfindən məhv edilib.

 

Qeyd edək ki, hücuma görə məsuliyyəti öz üzərinə “Əl Qaidə” ilə əlaqəli “Ənsar əş-Şəriə” terror qruplaşması öz üzərinə götürüb.

 

Qeyd edək ki, Əli Hüseyn əl Husinin tərəfdarları 2004-cü ilin mayında hökumətə qarşı üsyan qaldırıblar.     

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 265

Oxşar yazılar