Yaponiyanın Küsü adasında baş verən silsilə zəlzələlər nəticəsində ölənlərin sayı 44-ə çatıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, xilasedicilər torpaq sürüşməsi qeydə alınan ərazidə daha 2 nəfərin meyitini aşkar ediblər.
Bununla belə, 94 min insan hələ də evakuasiya məntəqələrində qalırlar. Son məlumatlara əsasən, adada 160 min ev susuz qalıb, daha 100 min evin qaz təchizatı dayandırılıb.