Yaponiyada yeni texnoloji proqrama start verilib.
APA-nın Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, təqaüdə çıxan fermerləri tədricən robotlar, pilotsuz kənd təsərrüfatı texnikası və avtomatlaşdırılmış fermalar əvəzləyəcək.
Proqramın icrasına başlanmasını Yaponiyanın kənd təsərrüfatı naziri Hiroşi Daydo bəyan edib. Qeyd olunur ki, G-7 ölkələrinin Niiqata prefekturasındakı nazirlər səviyyəsində görüşündə kənd təsərrüfatında yeni texnologiyların tətbiqi üzrə proqramın təqdimatı keçirilib.