Aprelin 14-dən etibarən Yaponiyanın Kumamoto prefekturasında, Küsü adasında 880-dən çox hiss olunan yersaltı təkan qeydə alınıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Yaponiya Milli Meteorologiya idarəsindən bildirilib.
Son 10 gün ərzində ölkədə 48 nəfər ölüb, 270 nəfər ağır xəsarət alıb, 2 nəfər itkin düşmüş hesab edilir. Bundan başqa, evakuasiya məntəqələrində xəstəlik və keçirdikləri stress nəticəsində daha 12 nəfər dünyasını dəyişib.
Təbii fəlakət nəticəsində 1 700 tikili tam, 4000-dən çoxu isə qismən dağılıb. Bu günədək evakuasiya məntəqələrində 60 minə yaxın insan qalır.