Yanukoviçin oğlu Sevastopolda hərbi qəbiristanlıqda dəfn olunub
23 mart 2015 19:48 (UTC +04:00)

Yanukoviçin oğlu Sevastopolda hərbi qəbiristanlıqda dəfn olunub

Viktor Yanukoviç Sevastopolda hərbi qəbiristanlıqda dəfn olunub
 
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşşenko sabiq prezident Viktor Yanukoviçin kiçik oğlu Viktor Viktoroviç Yanukoviçin Baykal gölündə öldüyü barədə məlumatı təsdiqləyib.
 
APA-nın “Rosbalt”a istinadən verdiyi məlumata görə, A. Geraşşenko hadisə şahidlərinə istinadən öz “facebook” səhifəsində yazıb ki, oğul Yanukoviçin idarə etdiyi “Volkswagen Multivan” markalı mikroavtobus buzun qırılması nəticəsində suya batıb.  
 
“Mikroavtobus buzun altına getməyə başlayıb. Viktorla birlikdə mikroavtobusda olan 5 nəfər xilas ola bilib, lakin su mikroavtobusa sürücü tərəfdən dolmağa başladığından o, təhlükəsizlik kəmərini açmağa macal tapmayıb və suda boğulub”, - deyə müşavir bildirib.
 
33 yaşlı V. Yanukoviçin artıq Sevastopola aparılaraq hərbi qəbiristanlıqda dəfn olunduğu bildirilir.
 
Qeyd edək ki, martın 22-də bəzi KİV oğul Viktor Yanukoviçin öldüyü barədə xəbər yayıb.
 
Məlumata əsasən, onun və digər 5 nəfərin olduğu mikroavtobus qadağan olunmasına baxmayaraq, Baykal gölündə buzun üstü ilə hərəkətdə olarkən buz qırılıb və nəqliyyat vasitəsi suya batıb.
 
Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk vilayəti üzrə Baş İdarəsi zərərçəkmişlərin adlarını çəkmədən belə bir hadisənin baş verdiyini təsdiqləyib. Daha sonra ölənin Viktor Davıdov adlı şəxs olduğu barədə məlumat yayılıb. Oğul Viktor Yanukoviçin Rusiyada hansı soyadla yaşadığı məlum deyil.
 
Yalnız oğul Viktor Yanukoviçin ana nənəsinin familiyasının Davıdova olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 135
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35