Yanukoviç Rusiya səfərini təxirə saldı
18 dekabr 2012 14:49 (UTC +04:00)

Yanukoviç Rusiya səfərini təxirə saldı

0

Ukrayna prezidenti Viktor Yanukoviçin Rusiyaya planlaşdırılan rəsmi səfəri təxirə salınıb. APA-nın “vz.ru”ya istinadən yaydığı xəbərə görə, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov açıqlama verib. O bildirib ki, səfər zamanı imzalanmalı olan sənədlərin razılaşdırılması üçün müəyyən vaxt lazımdır və yalnız bundan sonra səfərin dəqiq vaxtı müəyyənləşdiriləcək.

 

Xatırladaq ki, Ukrayna prezidenti Viktor Yanukoviç dekabrın 18-də Moskvaya səfər etməli idi. Səfər zamanı Ukraynanın Rusiya, Belarus və Qazaxıstandan ibarət Gömrük İttifaqına qoşulması ilə bağlı saziş imzalanacağı bildirilirdi. Lakin Ukrayna müxalifətinin kəskin etirazlarından sonra V. Yanukoviç səfərini təxirə salıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1336

Oxşar yazılar