Əfqanıstanda anadan olmuş, valideynləri ilk birlikdə 3 il öncə Rusiya gətirilmiş 19 yaşlı Röya Əvəz Əli deportasiya təhlükəsi ilə üz-üzədir.
Lent.az-ın «nuysru»-ya istinadən məlumatına görə, o, Rusiyada xristianlığı da qəbul edib. Bu dinlə ölkəsinə dönəcəyi halda yerli şəriət qaydalarına əsasən, o, edam olunacağı istisna edilmir.
Mənbənin məlumatına əsasən,3 il öncə valideynləri və kiçik qardaşı ilə birlikdə onlar Permin Oçer şəhərinə yerləşiblər. Rusiya gələndən sonra 16 yaşında o, rus dilini öyrənmək üçün gecə kurslarına gedib. Məktəbi bitirdikdən sonra tibb institutuna daxil olmaq istəyir.
Röya xristianlığı qəbul etdikdən sonra valideynləri ondan imtina edib.
«Atam məni bir neçə saat döydü. Anamsa qışqırıb, ağlayırdı» - deyə, qız başına gələnlərdən danışıb.
Bir müddət sonra valideynləri onları Oçerdə qoyaraq, şəhəri tərk edib. Röyanı qardaşı da tək yaşamağa başlayıb. Ona görə də rəsmi qaçqın statusu üçün qız miqrasiya xidmətinə müraciət edib. Röyaya uyğun sənəd verməkdənsə, onu elə oradaca tutublar.
İki aydır O, mühacirlərin təcridxanasında saxlanılır. Onun Əfqanıstana göndəriləcəyi gözlənilir.