YUKOS Neft Şirkətinin sabiq rəhbəri Mixail Xodorkovski Rusiyanın Kareliya vilayətinin Seqej şəhərindəki koloniyanın ərazisini tərk edib. Lent.az-ın məlumatına görə, bu barədə “İnterfaks” Kareliyanın güc strukturlarındakı mənbəyə istinadən xəbər yayıb.
Mənbə bildirib ki, Xodorkovski koloniyadan saat 12:20-də ayrılıb. Qeyd edək ki, “YUKOS”un sabiq rəhbəri 2014-cü ilin avqustunda azadlığa çıxmalı idi.