Vyetnamda dövlət şirkətinin direktorlarına edam cəzası
17 dekabr 2013 07:08 (UTC +04:00)

Vyetnamda dövlət şirkətinin direktorlarına edam cəzası

Vyetnamın «Vinalines» dövlət gəmiçilik şirkəti direktorlar şurasının keçmiş iki üzvü korrupsiyada ittiham edilərək, barələrində ölüm hökmü çıxarılıb.

 

Lent.az-ın «BBC» -yə istinadən məlumatına görə,  prokurorluq bu haqda açıqlama yayıb: «Hökumət bu şirkətin gəmiçilik sahəsində lider olacağına ümid edirdi. Ancaq bu sahəyə qoyulan sərmayə daşınmaz əmlaka xərcənib və konsern borc içindədir».

 

Keçmiş direktorla Dıonq Ti Dunq və May Van Fuk dövlət xəzinəsindən milyonlarla dolları mənimsəməkdə ittiham olunub.

 

14 gün ərzində müttəhimlər məhkəmənin qərarı ilə bağlı şikayət verə bilir.

 

Hakimi Vyetnam Kommunist Partiyası ölkə əhalisinin etirazına səbəb olan korrupsiyaya qarşı sərt mübarizə aparacağını vətəndaşlara boyun olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 981
avatar

Oxşar yazılar