Vyetnam məhkəməsi narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 30 nəfər barəsində ölüm hökmü çıxarıb.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, bu ölkə tarixində ən böyük məhkəmə araşdırması sayılır.
9 qadın və 21 kişidən ibarət bu qrup iki tona yaxın heroini Laosdan Çinə keçirərək Vyetnama aparıb.
Bundan başqa həmin cinayət işi ilə bağlı onlarla insan çeşidli müddətə azadlıqdan məhrum ediliblər.