İlkin məlumatlara görə, partlayışı qadın terrorçu-kamikadze törədib. Bu barədə Rusiyanın Milli Antiterror Komitəsi məlumat yayıb.
Güc strukturlarındakı mənbə isə “RİA Novosti”yə bildirib ki, partlayış vağzalın birinci mərtəbəsində giriş qapıları ilə turniketlər arasında baş verib. Hadisə yeri mühasirəyə alınıb.
***
13.43
Volqoqrad vağzalında partlayış: 10 ölü, onlarla yaralı
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin nümayəndəsi partlayış nəticəsində 10 nəfərin öldüyünü açıqlayıb. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu dəqiqələrdə dəmiryolu vaъzalının qarşısında onlarla təcili yardım maşını dayanıb. Yaralananların sayı onlarladır. Dağıntılar arasında qalanlar var.
***
13.15
Volqoqrad vağzalında partlayış: 4 ölü, 6 yaralı
Rusiyanın Volqoqrad şəhərindəki dəmiryol vağzalında partlayış baş verib. Lent.az-ın utro.ru-ya istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 4 nəfər ölüb.
Daha 6 nəfərin yaralandığı bildirilir.