Venesuela həbsxanalarından birində məhbuslar qiyam qaldırıb. Lent.az-ın «
Hadisə Barkisimeto şəhərini şimal-qərbində baş verib. Şəhər xəstəxanası direktorunun sözlərinə görə, ora 50-dək insanın meyidini gətiriblər.
Yerli hakimiyyət həlak olanların sayının çox olduğundan ehtiyatlanaraq, dəqiq məlumat verməkdən çəkinir.Həlak olanlar arasında həbsxana məmurları və hərbçilər də var.
Mənbənin bildirdiyinə əsasən, bu həbsxanada 2,5 min məhbus cəza çəkir. Həbsxananın ətrafına məhbusların yaxınları toplaşaraq, hakmiyyətdən baş verənlər haqda məlumat verməsini tələb edir.