ABŞ-ın “JetBlue” aviaşirkətinə məxsus “Embraer ERJ-190” sərnişin təyyarəsi Baham adalarında qəza enişi edib.
APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi məlumata görə, eniş zamanı təyyarənin şassisi açılmayıb.
Təkərləri açılmayan təyyarə hava limanında yerə enərkən alovlanmağa başlayıb. Yanğınsöndürənlər qısa müddətdə yanğının qarşını alıb.
Göyərtəsində 95 sərnişin və 4 ekipaj üzvünün olduğu təyyarənin Vaşinqton – Nassau marşrutu üzrə uçduğu bildirilir.
İnsident nəticəsində xəsarət olan olmayıb.