Urmiya gölünün qurumasına laqeyd Tehran tısbağa dərdi çəkir
05 fevral 2014 04:15 (UTC +04:00)

Urmiya gölünün qurumasına laqeyd Tehran tısbağa dərdi çəkir

Urmiya gölünün qurumasına laqeyd yanaşan Tehran hakimiyyəti ölkədə nadir tısbağa növünün kütləvi yeyilməsindən rahatsız olmağa başlayıb.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkənin ən çox neft hasil edilən Xuzistan əyalətinin ətraf mühiti qoruma idarəsinin baş direktoru Əhmədrza Lahicanzadə jurnalistlərə açıqlamasında ölkədə nadir cinsdən sayılan, nəsli kəsilməkdə olan forati növlü tısbağalarının qanunsuz ovundan danışıb.

O, deyib ki, bölgədəki Huroləzim gölündə nadir cinsdən olan və nəsli sürətlə kəsilən üçbarmaqlı bu  tısbağaların qanunsuz ovu ciddi narahatlığa səbəb olub: «Neft yataqlarımızda işləyən çinli fəhlələr nəsli kəsilməkdə olan bu tısbağaları ovlayıb yeyir. Bu isə həmin tısbağaların və ətraf mühitimizin sürətlə məhvinə gətirib çıxarır. Hesab edirik ki, bu problemin aradan qaldırılması üçün ciddi tədbir görmək lazımdır».

 

«Mediaforum»un bildirdiyinə görə, İranda ətraf mühit üzrə araşdırıcı və ekspert Bijən Dərəşuri isə jurnalistlərə açıqlamasında forati tısbağaların kütləvi şəkildə ovlanması xəbərindən şoka düşdüyünü bəyan edib: «Son illərdə ölkədə Çin şirkətlərinin sayı artıb. Lakin mən heç təsəvvürümə də gətirə bilməzdim ki, onlar nəsli kəsilməkdə olan forati tısbağalarını ovlayıb yeyəcəklər. Bu günə qədər Huroləzim gölü ətrafında tikilən sədlər bu gölün və ətraf göllərin həyatına təhdid sayılırdı. Lakin indi belə görünür ki, bu sədlərdən başqa çinli fəhlələr də bizim ətraf mühitimizi təhdid edən amillərdən birinə çevriliblər».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 541
avatar

Oxşar yazılar