Ukraynanı Ali Radası ölkənin daxili işlə naziri Vitali Zaxarçenkonu tutduğu vəzifədən azad edib.
Lent.az-ın «unian.net»-ə istinadən məlumatına görə, sessiya zalındakı 388 deputatdan 332-si bu qərarın lehinə səs verib.
«Batkivşina» Partiyasının parlamentdəki fraksiyasının sədri Arsen Yatsenyuk bildirib ki, bu qərar qəbul edildiyi andan qüvvəyə minir.