Ukraynanın baş naziri Avroasiya iclasına qatılacaq
24 dekabr 2013 02:10 (UTC +04:00)

Ukraynanın baş naziri Avroasiya iclasına qatılacaq

0

Dekabrın 24-də Ukraynanın baş naziri Nikolay Azarov Moskvaya səfərə gedir Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, o, Avroasiya iqtisadi şurasının iclasında müşahidəçi sifəti ilə iştirak edəcək.

 

Xatırladaq ki, həmin qurum Rusiya, Belorus və Qazaxıstan dövlətlərindən ibarətdir.

 

Rusiya hökuməti mətbuat xidməti bildirib ki, Azarovun rusiyalı həmkarı Dmitri Medvedevlə də  görüşü nəzərdə tutulub. Hökumət başçıları Rusiya-Ukrayna iri layihələri müzakirə edəcək.

 

Bir müddət öncə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Moskva Ukraynanı Gömrük Birliyində görmək istəyərdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 512

Oxşar yazılar