Ukraynalıların yarısı AB tərəfdarıdır
26 dekabr 2013 06:46 (UTC +04:00)

Ukraynalıların yarısı AB tərəfdarıdır

Ukrayna vətəndaşları arasında Avropa Birliyi ilə bağlı sorğu keçirilib. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, «Sotsis» və «Reytinq» qrupu vətəndaşlardan Ukaryanınan  Avropa Birliyinə daxil olmasına münasibəti öyrənib. Rəyi soruşulanların 49,1 faizi ölkənin AB-yə daxil olmasına səs verməyə hazır olduğunu bildirib. Respondentlərin 29,6 faizi bu ideyanın əleyhinə çıxıb. 21,3 faiz isə bu suala cavab verməkdən çətinlik çəkdiyini bildirib.

 

Rəyi soruşulan 32 faizi Rusiya, Qazaxıstan və Belorusun təsis etdiyi Gömrük Birliyinə Ukraynanın daxil olmasının lehinə səs verib. Respondentlərin 41 faizi isə buna qarşı olduğunu bildirib.

 

 

Məlumata əsasən, sorğu bu il dekabrın birinci yarısında keçirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619
avatar

Oxşar yazılar