Kiyevdə etirazçılarla toqquşmalar zamanı daxili qoşunların 5 əsgəri güllə yarası alıb.
APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Ümumillikdə isə bu gün toqquşmalar zamanı 37 polis əməkdaşının xəsarət aldığı bildirilir.