Ukrayna milisi jurnalist Tatyana Çornovolu döyməkdə şübhəli bilinən 5 nəfəri saxladığını bildirib.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Ukrayna Daxili İşlər Nazirliyi Baş istintaq idarəsinin rəisi Nikolay Çinçin videomüraciətində açıqlama verib.
Onun sözlərinə əsasən, həmin adam jurnalistin döyülməsində birbaşa iştirak edib.
Xatırladaq ki, bir müddət öncə milis bu məsələ ilə bağlı 4 şübhəlini saxladığını bildirmişdi.
Jurnalist Tatyana Çornovol dekabrın 25-də Kiyevdə gecə saatlarında qəddarcasına döyülüb. O, öz avtomobili ilə evinə gedirmiş. Yolda bir neçə kişi onun maşının qarşısını kəsərək, jurnalisti avtomobilindən çıxarıb, döymüş sonra yol kənarına atmışdılar.
Bu məsələ ilə bağlı bir neçə deputatın da ifadəsi alınıb.