Ukrayna prezidenti müxalifətə güzəştə getməyə çalışır
24 yanvar 2014 20:32 (UTC +04:00)

Ukrayna prezidenti müxalifətə güzəştə getməyə çalışır

Yanvarın 24-də Ukrayna prezidenti Viktor Yanukoviç  kilsələrin təmsilçiləri ilə görüşüb.

 

Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, yanvarın 16-da ölkə parlamentinin bir sıra azadlıqları məhdudlaşdıran qanuna yenidən baxılacağına söz verib: «Parlamentin uyğun dəyişikliklərə səs verməsi üçün mütəxəssislər müxalifət təmsilçiləri ilə bu qanun üzərində birgə çalışırlar».

 

O, Ali Radanın yanvarın 28-də keçiriləcək növbədənkənar iclasında hökumətin tərkibinin dəyişəcəyini açıqlayıb: «Bu sessiyada qərar qəbul edəcəyik. Prezident fərman imzalayacaq və biz peşəkar tərkib formalaşdırmaq üçün hökuməti yenidən quracağıq».

 

V.Yanukoviç Kiyevdə keçirilən  etiraz aksiyaları zamanı tutulanların  əfv ediləcəyini söyləyib.

 

2013-cü il noyabrın 30-da gecə Avromaydandakı etiraz aksiyasının dağıdılmasında iştirak edən məmurların vəzifədə qalmayacağını boyun olub: «Onlarn heç biri vəzifədə qalmayacaq. Onların hamısı tutduğu vəzifədən azad ediləcək».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 704
avatar

Oxşar yazılar